Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır

İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır

Tarix: 3-08-2020, 12:43


Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.
Mediabiz.az-ın xəbərinə görə, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.
Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.
Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Layihədə qeyd edilib ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.
Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiya müddətində müzakirəyə çıxarılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR