Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib

AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib

Tarix: 4-08-2020, 15:42

AQTA ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı ictimai iaşə müəssisələrinə müraciət edib.
AQTA-dan bildirilib ki, sıxlıq normaları ilə bağlı zəruri məlumatlar ictimai iaşə müəssisələrinin girişində xüsusi lövhələrdə öz əksini tapmalıdır.
Müraciətdə deyilir ki, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu iki dəfə azaldılmalı və müvafiq olaraq, hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafə isə iki metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.
AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR