Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Baş Prokurorluqda 100-dən çox əmr ləğv edildi

Baş Prokurorluqda 100-dən çox əmr ləğv edildi

Tarix: 5-08-2020, 15:33

“İşin Təşkili Qaydaları” təsdiq olunduqdan sonra avqustun 1-dən etibarən Baş Prokurorluq üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunub.
Mediabiz.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxışı zamanı bildirib.
K.Əliyev qeyd edib ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR