Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

Avqustun 13-dən bu qərar qüvvəyə minir

Avqustun 13-dən bu qərar qüvvəyə minir

Tarix: 6-08-2020, 12:13

Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə vətəndaşlarına müraciət edib.
verilən məlumata görə, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 13 avqust 2020-ci il tarixdə qüvvəyə minəcək.
Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.
Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR