Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi - FOTO

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi - FOTO

Tarix: 6-08-2020, 16:21


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

Avtosfer.az-ın məlumatına görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənilməmiş cərimələrinin olmasıdır.

Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.

Bu gün isə Hafiz Hacıyev Azadlıq prospektində daha bir qayda pozuntusu edib. Belə ki, yol polisi əməkdaşları ona “saxla” işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək, ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR