Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

“Doğuş zamanı əkizlərimdən biri oğurlanıb”

“Doğuş zamanı əkizlərimdən biri oğurlanıb”

Tarix: 7-08-2020, 19:06


Bakıda qadın doğuş zamanı əkiz körpələrindən birinin həkim tərəfindən oğurlandığını iddia edib.

“Qafqazinfo”ya açıqlamasında Namazova Aytən Oqtay qızı bildirib ki, iyulun 31-də Sabunçu rayonu 3 saylı xəstəxanaya doğuş üçün müraciət edib:

“Mən hamiləlik dövründə də UZİ-dən keçmişəm və 6 həftəlik olanda əkiz hamiləlik olduğunu demişdilər. UZİ həkimim elə həmin xəstəxanada Şərqiyyə İbrahimova olub. Doğuşdan öncə uşağın ürək döyüntülərini yoxlamaq üçün mənə aparat qoşdular və əkiz uşaqların olduğunu dedilər. Sancım güclənəndə məni doğuşa götürdülər.
Doğuşdan öncə işçilər bir neçə dəfə məndən evdə uşağım olub-olmadığını soruşurdular. Mən də oğlum olduğunu dedim, bu da məndə şübhə yaratdı. Doğuş zamanı mən uşağın olduğunu hiss etdim, amma mənə oksigen maskası taxdılar, özümdən getdim. Sonra ayılanda dedilər ki, bir qızın oldu. Mən əkiz uşaqlardan birinin satıldığından şübhələnirəm. Polisə də müraciət etmişəm, izahatım alınıb”.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, TƏBİB-ə bu haqda şikayət daxil olmayıb: “Bununla bağlı yəqin ki, hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, faktla bağlı toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.
“Doğuş zamanı əkizlərimdən biri oğurlanıb”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR