Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Beyrutdakı partlayışın ən kiçik qurbanı - Foto

Beyrutdakı partlayışın ən kiçik qurbanı - Foto

Tarix: 10-08-2020, 15:37

Livan paytaxtı Beyrutda 158 nəfərin ölümü və 6000-dən çox insanın yaralanması ilə nəticələnən şiddətli partlayışın ən kiçik qurbanının 3 yaşlı Alexandra Naggear adlı bir qız olduğu məlum olub.

 “Hürriyet” xəbər verir ki, ilk partlayış zamanı baş verənləri görmək üçün ailəsi ilə birlikdə pəncərədən çölə baxan Naggear, ikinci partlayış zamanı pəncərə şüşəsinin qırılması nəticəsində ağır yaralanıb. 3 gün xəstəxanada müalicə alan azyaşlı bütün səylərə baxmayaraq həyatını itirib.
Xatırladaq ki, avqustun 4-də Beyrut Limanında partlayıcı maddələrin yerləşdiyi 12 nömrəli anbarda meydana gələn yanğın bütün Beyrutu silkələyən şiddətli partlayışa yol açıb. Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, partlayış nəticəsində ölənlərin sayının 158-ə yüksəldiyi, yaralananların sayının 6 mini keçdiyi bildirilib. Beyrut qubernatoru Mərvan Abbud partlayışın vurduğu zərərin 15 milyard dolları ötə biləcəyini deyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR