Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Yeni Ombudsman Parlamentdə AND İÇDİ

Yeni Ombudsman Parlamentdə AND İÇDİ

Tarix: 29-11-2019, 12:38

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Məclisdə and içib.
Sonxeber.az-ın xəbərinə görə, yeni Ombudsman Səbinə əliyevanın andiçmə mərasimi zamanı ölkə başçısına minnətdarlığını bildirib.
O parlament üzvlərinə onu yeni Ombudsman seçdiklərinə görə təşəkkürünü bildirib: "Sizə əmin etmək istərdim ki, ölkəmizdə Ümumilli Lider Heydər Əliyevin təməli qoyduğu və Azərbaycan Prezidenti cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesini dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insdanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi, İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olaraq aparılmaqdadır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vətəndaşlarımızın kütləvi şəkildə hüquqlarının müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühün tərkib hissələrindəndir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR