Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Azərbaycanda şirkətin çay yatağında qazıntı işləri apardığı aşkarlandı, iş məhkəməyə göndərildi

Azərbaycanda şirkətin çay yatağında qazıntı işləri apardığı aşkarlandı, iş məhkəməyə göndərildi

Tarix: 11-08-2020, 11:48

Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14112 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Eyni zamanda, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR