Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Sentyabrdan dərslər hansı formada keçiriləcək? - RƏSMİ

Sentyabrdan dərslər hansı formada keçiriləcək? - RƏSMİ

Tarix: 11-08-2020, 19:00

Dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə hazırda müzakirələr aparılır. Təbii ki, bizim həmkar qurumlarla məsləhətləşmələr olduqdan sonra bu tarix bəyan ediləcək. Bu məsələdə qərarın verilməsi təkcə bir qurumdan asılı deyil. Bu, ölkədə sanitar epidemioloji situasiya və şəraitin dəyərləndirilməsindən asılı olacaq”.
Bunu açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, artıq bir müddətdir ki, dəyərləndirmələr aparılır və bir neçə ssenari üzrə işlər gedir:
“Həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid forma üzərində işlər gedir. Amma bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı həmkar qurumlarla müzakirələr aparılır.
Müzakirələr məntiqi sona çatdıqdan sonra dərslərin nə zaman və hansı formada keçirilməsi ilə bağlı qərar açıqlanacaq”.
Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi dərslərin bu ilin sentyabr ayında başlamasının nəzərdə tutulduğunu açıqlamışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR