Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi

Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi

Tarix: 11-08-2020, 23:06

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) monitorinq keçirib.

Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

O bildirib ki, monitorinqi komitə sədrinin müavini Elçin Şirinovla birgə keçirib:

"Monitorinqi keçirməkdə məqsəd sosial şəbəkələrdə bir neçə şəxsin guya BMCMİ-də işgəncələrə məruz qalmaları ilə bağlı yayılan fotoların araşdırılması olub: "Araşdırma nəticəsində bizə məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış ssenari üzrə çəkilib. Belə ki, həmin fotolardakı şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, həmin fotolar da Azərbaycanda çəkilməyib, şəkillərdəki Azərbaycan bayrağı və polis gerbini isə məqsədli şəkildə ora qoyublar. Avtomobilin qarşısında fotosu olan şəxs isə hüquq-mühafizə orqanlarında çalışmır. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Azərbaycan vətəndaşıdır, ancaq hüquq-mühafizə orqanlarında işləmir. O, rayonlardan birində yaşayır və tam fərqli bir sahənin adamıdır, hüquq-mühafizə orqanları ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR