Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Bir fotonun göndərdiyi diplomatik mesaj

Bir fotonun göndərdiyi diplomatik mesaj

Tarix: 12-08-2020, 13:49


Yeni Xarici İşlər nazirimiz Ceyhun Bayramov ölkə xaricinə ilk səfərini məhz qardaş Türkiyəyə etdi.
Bu səfər Prezident cənab İlham Əliyevin xarici siyasətdə müəyyən etdiyi prioritetin icra baxımından tərkib hissəsi və ictimai nümayişidir.
Ermənistanın Tovuz istiqamətində hərbi-siyasi təxribatı fonunda Rusiya-Ermənistan hərbi təlimlərindən dərhal sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin baş tutması regional və geosiyasi maraqların Ermənistan-Azərbaycan münaqişəsinə fokuslanmasının təzahürüdür.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın avqustun 11-də ölkəmizin Xarici İşlər və Müdafiə nazirlərini eyni vaxtda qəbul etməsi, qəbuldan yayımlanan foto ilk növbədə Ermənistana, münaqişədə marağı olan tərəflərə diplomatik mesajdır.
Mesajın mənası budur ki, Azərbaycan ərazilərinin qanlı-qadasız sahibinə qaytarılması üçün danışıqlar qapısı işğalçı Ermənistanın üzünə hələ qapanmayıb, belə bir şansı qalmaqdadır.
Əks təqdirdə, Azərbaycan öz torpaqlarını geri qaytarmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona verdiyi hüquqdan istifadə haqqını özündə saxlayır və bundan imtina etməyəcək.
Türkiyə Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun “Görəcəyimiz çox iş, nail olacağımız çox məsələ var” ifadəsi foto vasitəsi ilə göndərilən diplomatik mesajdakı siyasi iradənin davamı, Türkiyə-Azərbaycan qardaşlığının səmimi ifadəsidir.
Ülvi Quliyev
Milli Məclisin deputatı




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR