Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Türkiyə-Rusiya-Çin üçlüyü ABŞ və Avropa üçün “təbii fəlakətə” çevrilib

Türkiyə-Rusiya-Çin üçlüyü ABŞ və Avropa üçün “təbii fəlakətə” çevrilib

Tarix: 29-11-2019, 14:07

“Sabah” qəzeti Türkiyə, Rusiya və Çini ABŞ-la Avropa üçün “təbii fəlakət”lə müqayisə edib. Belə ki, Türkiyənin siyasi təzyiqi daha çox sunamiyə, Çininki iqlim dəyişikliyinə, Rusiyanınkı isə qasırğaya bənzədilib.
“Türkiyə-Rusiya-Çin üçlüyünün bütün sahələrdə artan təzyiqi Atlantikanı daha da parçalayır. Üç tərəfdən olan bu təzyiqə görə ABŞ və Avropa eyni yataqda yatan, lakin fərqli xəyalları görən bir cütə bənzəməyə başlayıb. Bu baxımdan, Qərb siyasətçilərinin mövqeyi “Titanik”in batdığı zaman ifalarına davam edən musiqiçilərin faciəsinə bənzəyir”, - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Moskva Misir, İordaniya, Livan, Mərakeş, Suriya və Tunis də “ağırlıq mərkəzinə” çevrilir, buna görə Şərqi Avropa, Balkanlar və Orta Asiya üzərindən addımlamağa başlayır, Şərqi Aralıq dənizi üzərindən Şimali Afrikadakı təsir zonasını genişləndirir.
Qeyd olunur ki, Türkiyə bir sıra bölgələrdə “polad nüvədir” və yeni qloballaşma sistemində bir qütb halına gəlir, Rusiya isə nüvə silahlarını onlara ötürür və paradiqmasını dəyişdirir.
Bununla belə, nəşr ABŞ üçün “əsl kabus”u geosiyasətini dəyişdirən Çini hesab edir. Müəllifin fikrincə onlar üçün yeganə şans Moskva və Ankara ilə əməkdaşlıq qurmaqdır, bu isə demək olar ki, mümkünsüzdür.
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR