Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Azərbaycanda general-leytenantın qardaşı oğlu külli miqdarda heroinlə tutuldu

Azərbaycanda general-leytenantın qardaşı oğlu külli miqdarda heroinlə tutuldu

Tarix: 13-08-2020, 16:26

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.

Report-un xəbərinə görə, Abşeron rayonu ərazisində keçirilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar.

Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.

DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman beş qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR