Son Xəbər: Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb, Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ,

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Tarix: 14-08-2020, 08:38


Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə, eləcə də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə növbəti imtahan (Azərbaycan və ya rus dili) keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, respublikanın 19 şəhər və rayonunda keçiriləcək imtahanlarda 18 102 nəfər abituriyentin iştirakı nəzərdə tutulur. 
İmtahanlar saat 11:00-da başlanır. 
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 
Imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi-müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.
Xatırladaq ki, avqustun 13-də keçirilən imtahanlarda 19 200-dək abituriyent iştirak edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR