Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Sahil Babayev bu vəzifəsindən azad edildi

Sahil Babayev bu vəzifəsindən azad edildi

Tarix: 29-11-2019, 15:30

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru vəzifəsindən kənarlaşdırılıb.

"Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə S.Babayevin yerinə Ruslan Rüstəmli təyin edilib.

Təyinat ötən gün reallaşıb.

R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. O həmçinin 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə alternativ direktordur. Direktor Bankda Azərbaycanla yanaşı Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edir.

Xatırladaq ki, "Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Dünya Bankı ilə Azərbaycan Hökumətinin "Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində birgə həyata keçirdiyi layihədir. Ümumilikdə 5 komponentdən ibarət olan layihə üzrə müqavilə 2009-cu ilin mayın 20-də imzalanıb.

Layihə üzrə vəsaitlər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən ayrılıb. Azərbaycan hökuməti isə vəsaitin bir hissəsini və ƏDV öhdəçiliyini yerinə yetirməyi üzərinə götürüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR