Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ + VİDEO

Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ + VİDEO

Tarix: 21-08-2020, 19:00

Almaniyada  COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək, xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib.
Oxu.Az-ın müxbiri operativ qərargahın brifinqindən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, yaş qruplarına görə bu ölüm faizləri də stabil qalmayıb və dəyişir:
“Belə ki, 80 yaşdan yuxarı ölüm faizi 78 faiz, 70-80 yaş aralığında ölüm faizi 27 faiz, 60-70 yaş aralığında 15 faiz, 60 yaşdan aşağı 5 faiz olaraq qeydə alınıb.
Mərkəzi Neftçilər Xəstəxanasında ölüm faizi hazırda 12 faiz kimi qiymətləndirilib. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin faizi 1,5-1,6 arasında dəyişir”.
F.Sədirov əlavə edib ki, bu rəqəm İtaliya, Çin, İngiltərə kimi ölkələrlə müqayisədə, çox aşağıdır:
“Bu gün Azərbaycanda qeydə alınan ölümlərin digər ölkələrlə müqayisədə, aşağı olması vaxtında görülən qabaqlayıcı tədbirlərə görədir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR