Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

AMEA-dan Ramiz Mehdiyevin məzuniyyətə çıxması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

AMEA-dan Ramiz Mehdiyevin məzuniyyətə çıxması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Tarix: 24-08-2020, 14:23

Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb.
Bununla bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi açıqlama yayıb.
“Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.
Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir”, - rəsmi açıqlamada deyilir.
11:03
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.
Report-un məlumatına görə, o, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.
AMEA-nın işçiləri isə bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq, hazırda işdədir.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.
Daha sonra Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Həmçinin, S.Novruzova karantin qaydalarını pozduğuna görə YAP tərəfindən töhmət elan edilib.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR