Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Əcnəbilər Azərbaycan qalma müddətinin uzadılması ilə bağlı “ASAN Xidmət”ə müraciət etməlidir

Əcnəbilər Azərbaycan qalma müddətinin uzadılması ilə bağlı “ASAN Xidmət”ə müraciət etməlidir

Tarix: 24-08-2020, 15:59


Dövlət Miqrasiya Xidməti (DMX) ölkəmizdə olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına növbəti dəfə müraciət edib.
DMX-dən Oxu.Az-a bildiriblər ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliyə müvafiq olaraq, 2020-ci il avqustun 24-dən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və vətəndaşlığından çıxma, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
“ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda qeyd olunan məsələlərlə əlaqədar müraciətlər regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində) qəbul ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR