Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Məktəblilərimizdən sevindirici xəbər: Bir qızıl, üç gümüş medal

Məktəblilərimizdən sevindirici xəbər: Bir qızıl, üç gümüş medal

Tarix: 24-08-2020, 17:56

“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlər böyük uğura imza atıblar.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər. 
Təhsil Nazirliyindən verilən məlumata görə, bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə üç qızıl, doqquz gümüş və 12 bürünc medal əldə olunub. 
1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla ümumilikdə 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər səkkiz qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla, 194 medal qazanılıb ki, bu da bütün medalların təxminən 40 faizini təşkil edir.
Qeyd edək ki, 7-12 avqust tarixlərində virtual təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq altı ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilir. 
Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələri və ya Respublika fənn olimpiadası qalibləri arasından seçilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR