Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Zakir Qaralov da "nəvə toyu"nda iştirak edib?

Zakir Qaralov da "nəvə toyu"nda iştirak edib?

Tarix: 24-08-2020, 23:01


Ramiz Mehdiyevin nəvəsinin toyunda sabiq Baş prokuror Zakir Qaralovun da iştirakı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, Zakir Qaralovun Ramiz Mehdiyevlə hər hansı qohumluq əlaqələrinin olması barədə xəbərlər də böhtandır.
"Hətta ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmadığı zamanda Zakir Qaralovun 15 mart tarixinə təyin olunmuş övladının toy məclisi təxirə salınıb", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Zakir Qaralovun AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Zakir Qaralovun əslən Naxçıvandan olan həyat yoldaşı AMEA prezidenti ilə yaxın qohum olduğu üçün o da toyda iştirak edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR