Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Bakıya bu yolla gəlmək istəyirdilər, saxlanıldılar - Video

Bakıya bu yolla gəlmək istəyirdilər, saxlanıldılar - Video

Tarix: 25-08-2020, 11:44




Avqustun 24-ü saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi “Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və  Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

DİN Baş DYP İdarəsindən “Qafqazinfo”ya verilən xəbərə görə, yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı sərnişin daşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR