Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Bakıda məktəbli yanğından təxliyə zamanı özünü binadan atdı - Fotolar

Bakıda məktəbli yanğından təxliyə zamanı özünü binadan atdı - Fotolar

Tarix: 29-11-2019, 17:32

Paytaxt məktəbində yanğın zamanı hərəkətlər və təxliyə planına dair təlim keçirilib.

Anews.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti vərdişlərini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirmək, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir.
Bakı şəhərindəki 46 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edib.

Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

FHN-nin canlı qüvvə, müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlim uğurla başa çatdırılıb.
Tədbirdə çıxış edənlər ümumi təhsil müəssisələrində fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları, bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər keçirilməsinin əhəmiyyətini vurğulayıblar.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR