Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib

Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib

Tarix: 25-08-2020, 21:33


COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib. 
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial mediada bildirib. O qeyd edib ki, Qaydaya əsasən şagirdlərin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib. Hər hansı fənn üzrə illik qiyməti ilə razılaşmayan V-VIII və X sinif şagirdlərinə ümumi təhsil müəssisəsinə yenidən məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı müraciət etmək imkanı yaradılıb. Əldə olunan ilkin məlumatlara əsasən 20 minə yaxın şagird bu hüququndan istifadə etmək üçün müraciət edib.
C.Valehov deyib ki, ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq olunduğunu nəzərə alaraq, illik qiyməti ilə razılaşmayan və ya biliyi qiymətləndirməyən şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi prosesinin 21-31 avqust 2020-ci il tarixləri arasında aşağıdakı iki formadan biri və ya hər ikisi seçilməklə həyata keçirilməsi tövsiyə olunur:
1. Microsoft Teams platformasında onlayn şəkildə;
2. Məktəblərdə açıq hava şəraitində.
Açıq hava şəraitində qiymətləndirmə “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in (əlavə olunur) tələbləri gözlənilməklə həyata keçirilir.
Qiymətləndirmənin təşkili formasının müəyyənləşdirilməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbin maddi-tədris bazası, texniki təminatı və şagird-müəllim heyətinin internet resurslarına çıxış imkanları araşdırılmalı, araşdırma nəticəsinə əsasən, qiymətləndirmə formasının keçirilməsiə dair qərar qəbul edilməli və bu barədə müəllimlərə, valideyn və şagirdlərə məlumat verilməlidir.
C.Valehov onu da bildirib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR