Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Bəzi karxanalar fəaliyyətini dayandıra bilər - AÇIQLAMA

Bəzi karxanalar fəaliyyətini dayandıra bilər - AÇIQLAMA

Tarix: 25-08-2020, 22:06


Son üç ildə ölkədə fəaliyyət göstərən karxanaların sayı 300-ə enib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı”  adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
“Üç il əvvəl ölkədə 800-dən artıq daş, çınqıl, qum karxanası fəaliyyət göstərirdisə, bu müddət ərzində onlardan 500-nün fəaliyyəti ya dayandırılıb ya da bizim qoyduğumuz tələblərə uyğun olaraq özləri imtina ediblər. Hazırda fəaliyyət göstərən karxanaların sayı 300-ə endirilib.
Ümumilikdə son illərdə bağlanan karxanalara tədbiq edilən ziyanın həcmi 30 milyon manat olub. Bu məbləğin 15 milyon 600 min manatı Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilib. Hansısa qanun pozuntusuna yol verən karxana sahibi məbləği ödəməyibsə, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Onların bir hissəsi ilə bağlı işə prokurorluqda baxılıb və yaxın zamanda ödəniş etmələri barədə qərar çıxarılıb”.
Bir sıra karxanaların fəaliyyətin bağlanması məsələsinə toxunan Xidmət rəisi onu da bildirib ki, yaxın gələcəkdə bu mümkün ola bilər:
“Bəzi tikinti materialları artıq rezindən hazırlanır. Bu da yaxın gələcəkdə bəzi karxanaların öz fəaliyyətlərini dayandırmasına səbəb olacaq. Bu gün mütləqdir ki, fəaliyyət göstərən karxanaların təbiətə müəyyən mənfi təsir var. Bu səbəbdən onlara fərdi qaydada ödəmələr tətbiq edilir. İnanın ki, karxanaların fəaliyyətinin bu gün dayandırılması tikinti bazarında qiymətlərin kəskin artımına səbəb ola bilər. Bu səbəbdən də Ətraf Mühitin Mühafizəsinə cavabdeh olan qurum kimi qırmızı ortanı tapmağa çalışırıq”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR