Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Abşeronda kişi arvadını qısqanclıq zəminində bıçaqlayıb

Abşeronda kişi arvadını qısqanclıq zəminində bıçaqlayıb

Tarix: 26-08-2020, 10:44




Avqustun 15-də Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Abşeron Rayon Prokurorluğundan  verilən məlumata görə, rayon sakini Şəhanə Məmmədova əri Baba Məmmədov tərəfindən bıçaqlanıb.

Bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılan araşdırmalar nəticəsində hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən olunub.

B.Məmmədov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR