Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama

Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama

Tarix: 27-08-2020, 10:25

Bakıda bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülər haqda rəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bir qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar:

“Ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb. Onların ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.
Qeyd edək ki, qadınlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısındakı yolu bağlamağa cəhd ediblər. Onlar iddia edib ki, şikayətlərinə heç bir məmur baxmır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR