Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Sabahdan bu ünvanlarda avtomobilini saxlayanlar CƏRİMƏLƏNƏCƏK

Sabahdan bu ünvanlarda avtomobilini saxlayanlar CƏRİMƏLƏNƏCƏK

Tarix: 30-11-2019, 12:17

Sabahdan Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metropoliteninin "Koroğlu" stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.
Sonxeber.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.
Sürücülərə tövsiyə edilir ki, şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini, bunun üçün təşkil olunan cib tipli dayanacaq məntəqəsində etsinlər. Bunu edərkən nizamlı şəkildə növbəlilik qaydalarına əməl etmələrini və yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla nəqliyyatın hərəkətini məhdudlaşdırmamaları xahiş edilir.
Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı, mənzil başına vaxtında uzlaşmalarına səbəb olur. Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.
Eyni zamanda qeyd edilməlidir ki, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR