Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Bakıda yataqxana binasında yanğın - YENİLƏNİB + FOTO

Bakıda yataqxana binasında yanğın - YENİLƏNİB + FOTO

Tarix: 28-08-2020, 13:05


Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada qeydə alınan yanğınla bağlı açıqlama yayıb.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə iki təcili yardım briqadası yollanıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfərə yerində yardım edilib.

11:12

Bakının Yasamal rayonunda - Şərifzadə küçəsində yanğın baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə məcburi köçkünlərin yaşadığı yataqxana binasında qeydə alınıb.

Bildirilib ki, yanğında bir nəfər başından xəsarət alıb. Əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, yanğın artıq söndürülüb:

“Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə çağırış daxil olub. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları göndərilib.

Yanğın yataqxana binasında deyil, onun yanında yerləşən 70 kvadrat metr sahəsi olan köməkçi tikilidə qeydə alınıb. Orada yaşayan məcburi köçkünlər təxliyyə edilib.

Yanğın əməkdaşlarımız tərəfindən söndürülüb, yanğının yataqxana binasına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR