Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Daxili İşlər Nazirliyi Bərdədə əməliyyat keçirdi, 11 nəfər tutuldu: Silah-sursat, narkotik... - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Bərdədə əməliyyat keçirdi, 11 nəfər tutuldu: Silah-sursat, narkotik... - FOTO/VİDEO

Tarix: 29-08-2020, 18:30


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olmaqla, ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də, silsilə xuliqanlıq hərəkətləri törətmələri öz əksini tapıb.

Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini -  Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar.

Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, bir ədəd “Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.










RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR