Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Tarix: 1-09-2020, 20:13


Masallı rayonu icra hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır. 

Masallı rayon prokurorluğundan  verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi və həmin arayışlara yalan məlumatlar daxil etməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Aparılmış istintaqla, Elvin Ağayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilib.
Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. 
28 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR