Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Rusiyada VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı açılıb

Rusiyada VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı açılıb

Tarix: 30-11-2019, 20:26

Rusiyanın Orenburq şəhərində VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı Jorj Bizenin “Karmen” operasının tamaşası ilə açılıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, səhnədə Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri və İtaliyadan gəlmiş maestro Marko Boeminin dirijorluğu ilə orkestr çıxış edib.
Mstislav Rostropoviçin qızı, festivalın təşkilatçısı və bədii rəhbəri Olqa Rostropoviç deyib: “Möhtəşəm operadır, hətta Pyotr Çaykovski də belə hesab edirdi. Onu bütün ölkələrdə, müxtəlif dillərdə, habelə yaponca ifa edirlər. Biz operanı orijinalda - fransızca ifa edəcəyik”.
İtaliyalı maestro bildirib ki, festivala gəlməzdən əvvəl Moskvanın Novodeviçye qəbiristanlığında Mstislav Rostropoviç və Qalina Vişnevskayanın məzarlarını ziyarət edib. O əlavə edib ki, Mstislav Rostropoviç onun üçün həm musiqiçi, həm də insanlıq örnəyidir.
VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının ikinci günündə Orenburq Vilayət Filarmoniyasında opera-qala olacaq. Konsertdə Qalina Vişnevskayanın adını daşıyan Beynəlxalq Opera Müsabiqəsinin laureatları çıxış edəcəklər.
Qeyd edək ki, Orenburq Mstislav Rostropoviç üçün əziz yer olub. Böyük Vətən müharibəsi illərində onun ailəsini Moskvadan məhz bu şəhərə evakuasiya ediblər. Maestro musiqi təhsilini də Orenburqda davam etdirib, ilk konsertlərini burada verib. Hazırda Orenburq Dövlət İncəsənət İnstitutu onun adını daşıyır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR