Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Prezidentdən Nazirlər Kabineti ilə bağlı FƏRMAN – Aparatda iki müavin olacaq

Prezidentdən Nazirlər Kabineti ilə bağlı FƏRMAN – Aparatda iki müavin olacaq

Tarix: 2-09-2020, 18:06



Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 10 oktyabr tarixli fərmanına dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə Prezident və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, eyni zamanda publik hüquqi şəxslərə də verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Prezidentə təqdim olunmalıdır.

Sənədin 3.5-ci maddəsinə əsasən Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər.

Nazirlər Kabinetinin üzvü məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri də dəvət oluna bilərlər.

3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər”.

Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabinetinin Aparat rəhbərinin bundan sonra iki müavini olacaq. Bu zamana qədər isə Nazirlər Kabinetinin Aparatının bir müavini olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR