Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

Bakıda ad günü məclisi keçirib video paylaşanlar tutuldular

Bakıda ad günü məclisi keçirib video paylaşanlar tutuldular

Tarix: 3-09-2020, 17:59

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə “Instagram” sosial şəbəkəsində görüntülər paylaşılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilib, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Sabunçu rayonunun Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə Əzimzadə, Ofeliya Əzimzadə, Günay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR