Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İnternetin qiyməti qalxır? - Nazirlikdən AÇIQLAMA

İnternetin qiyməti qalxır? - Nazirlikdən AÇIQLAMA

Tarix: 2-12-2019, 10:44

Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb.

İddialara görə, gələn il internetin qiyməti qalxacaq.
Modern.az məsələni dəqiqləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edib.
Qurumun mətbuat katibi Günel Gözəlova saytımıza açıqlamasında qiymətlərdə dəyişiklik olmadığını bildirib:

"Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə baxıla bilər. Hazırda internetin qiymətinin qalxması məsələsi gündəmdə deyil".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR