Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Əli Həsənov susqunluğunun səbəblərini açıqladı: “Növbəti ürək əməliyyatına hazırlaşıram”

Əli Həsənov susqunluğunun səbəblərini açıqladı: “Növbəti ürək əməliyyatına hazırlaşıram”

Tarix: 5-09-2020, 16:00

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov son vaxtlar barəsində yayılmış məlumatlarla bağlı fikirlərini bölüşüb. 
Ə.Həsənov bununla bağlı fikirlərini “Facebook” hesabımda yayıb. 
O, susqunluğuna səbəb kimi səhhətində yaranmış problemləri göstərib: 
“10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan - Prezident Administrasiyasındakı işimdən ayrılmışam və səhhətimin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazıram, “Facebook” hesabımda statuslar paylaşıram. Lakin son iki ayda səhhətimdə yaranan ciddi problemlərlə əlaqədar yaradıcılıq fəaliyyətimi bir qədər azaldaraq, intensiv müalicə alıram. Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram”. 
Ə.Həsənovun sözlərinə görə, bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətindən istifadə edərək dayanmadan onun indiyə qədər dövlət qulluğunda gördüyü işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq ony xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kompaniya aparırlar:
“Əslində, onlar şəxsimə qarşı belə kompaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc sərf ediblər.
Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bəri çox çirkin üsullarla mübarizə aparan Qurban Məmmədova və digər antidövlət mövqeli ünsürlərə dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident R.T.əcəb Tayyib Ərdoğandan siyasi sığınacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!”
O, yayılan məlumatları ağ yalan və böhtan adlandırıb:
“Mən Türkiyəni də, türk xalqını da sevirəm, onun lideri hörmətli R.T.Ərdoğana da xüsusi rəğbətim var. Amma mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var! Mən siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, 30 il bu məsləyə qulluq etmişəm, bundan sonra da yolumu və məsləyimi dəyişmək fikrində deyiləm. Mən həyatdan da Əliyevçi kimi köçəcəyəm, qoy buna hər kəs əmin olsun!
Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Çünki bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdurət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim. Bir də haqqımda yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum ictimai-siyasi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsit təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!
Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR