Son Xəbər: Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb,

QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi

QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi

Tarix: 5-09-2020, 17:49


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə ekoloji sahədə fəaliyyət göstərən QHT sədrləri və ekoloq mütəxəssislərlə videoformatda görüş keçirilib.
ETSN-dən verilən məlumata görə, görüşdə mühüm ekoloji məsələlər, o cümlədən ölkənin şirin su ehtiyatlarının azalması, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi, yağıntıların və çaylarda sululuğun azalması, digər tərəfdən, suya tələbatın artması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.
QHT-lər su məsələlərinin müzakirə edilməsi, tövsiyələrin verilməsi, ekoloji məsələlərin qiymətləndirilməsində fəal iştiraka dəvət olunublar.
Görüşdə iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov çıxışında QHT-ləri həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyə, fəal olmağa çağırıb və ictimai nəzarətin gücləndirilməsi məqsədilə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.
Eyni zamanda görüşdə QHT, dövlət qurumları və mütəxəssislərin əməkdaşlığını ehtiva edən bu cür platformada görüşlərin davam etdirilməsi qərara alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR