Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

İxtisas seçimi ilə bağlı DİM məsləhət mərkəzləri yaradıb

İxtisas seçimi ilə bağlı DİM məsləhət mərkəzləri yaradıb

Tarix: 8-09-2020, 15:35


Abituriyentlərin ixtisas seçimlərini başqaları aparmamalıdır.
Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, abituriyentlərin ixtisas seçimi ilə bağlı iki jurnal artıq nəşr olunub və onları hər kəs əldə edə bilər:
“Bakıda təxminən altı universitetdə ixtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri yaratdıq. Həmin mərkəzlərdə xidmətlər pulsuzdur. Abituriyentlər elektron nömrə götürərək, ora üz tuta bilərlər.
Ümumiyyətlə isə nəşr edilən jurnalları əldə etməklə, aydın şəkildə öz ixtisas seçimlərini edə bilərlər. İxtisas seçimi ilə bağlı hansı məqamlara diqqət edilməsinə dair məlumat kitabçaları da hazırlanıb. Abituriyentlərin ixtisas seçimlərini başqaları aparmamalıdır. Yaxşı olar ki, bu prosesdə abituriyentlərin şəxsən özü iştirak etsin”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR