Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov

"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov

Tarix: 2-12-2019, 13:31

“Sabah”ın sabiq baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib.

- Hazırda nə işlə məşğulsunuz? 

- İstefa verdikdən sonra “Sabah”dan ayrılmamışam. Klub prezidenti Maqsud Adıgözəlovla söhbətimiz oldu. O, mənim klubda qalmağımı istədi. Hazırkda prezidentin müşaviri vəzifəsini icra edir. Həm də  “Sabah” futbol akademiyasının koordinatoruyam 

- “Sabah”ın çempionatdakı çıxışları haqda nə deyə bilərsiniz?

- Komandanın son oyunlarına əsasən deyə bilərəm ki, nəticə olaraq ortada nəsə var. 4-cü turdan sonra istefa verdim, daha sonra baş məşqçi postuna İqor Ponomaryov gəldi. Amma bilinirdi ki, o, az işləyəcək. 2 qələbə, 2 məğlubiyyət, 3 heç-heçə qeydə alındı. Bu o deməkdir ki, nəsə irəliləyiş oldu.

- Komandada yenidən baş məşqçi dəyişikliyi oldu. “Sabah”ın sükanı arxasına xorvatiyalı mütəxəssis Jelko Sopiç gətirildi. Yeni baş məşqçidən gözləntiləriniz nədir? 

- Klubun öz strategiyası var. Daha çox yerli gənc futbolçuları oynatmaq barədə fikirləşirlər. Yeni baş məşqçinin ola bilər ki, öz fikri, strategiyası olsun. İlk olaraq, Sopiçə uğurlar arzulayıram. “Sabah” üçün düşərli olsun. Gözləntilər haqqında 1-2 oyundan sonra nəsə deyə bilərik. Görmədiyimiz şey haqqında danışmaq düzgün deyil. Fikrimcə, yeni baş məşqçinin işini qış fasiləsindən sonra keçiriləcək oyunlarda görə biləcəyik.

- Qeyd etdiniz ki, “Sabah” futbol akademiyasında çalışırsınız. Klubda uşaq futboluna maraq, diqqət, ümumilikdə uşaq futbolu üçün görülən işlər nə yerdədir?

- “Sabah”da uşaq futbolu üçün çox yaxşı işlər gedir. Bildiyiniz kimi, bu işlər üçün “Dinamo”dan (Zaqreb)  məşqçi gətirilib. O, işlərə rəhbərlik edir. Seleksiya işlərimiz olub. Amma biz daha çox bu işlərdə regionlara fikir veririk. Özüm də seleksiya işləri üçün 4-5 dəfə Salyan, İmişli, Saatlı zonasına getmişəm. 4 rayona getdik və demək olar ki, rayonlardan az da olsa yaxşı oynayan uşaqların adlarını yazmışıq. Onları “Sabah”a götürmək istəyirik. Bu, Bakıdakı seleksiya işlərindən sonra məlum olacaq. İş gedir, inanıram ki, bundan sonra daha yaxşı olar.

- Çempionatımızın oyunları sizi razı salır?

- Hamı deyib, mən də deyirəm, 8 komandalı çempionat maraqlı deyil. Çempionluğa tək “Qarabağ” oynayır. Rəqabətin olmaması “Qarabağ”ın Avropa Liqasında keçirdiyi oyunlarda özünü göstərir. Bu səbəbdən komanda çox problemlərlə üzləşir. Rəqabət  yuxarı səviyyədə deyil. 

- Sizcə, çempionatımızda rəqabətin olmamasının səbəbi sırf komanda sayının az olması ilə balıdır?

- 2008-2014-cü illərdə çempionat daha maraqlı idi. Həmin vaxt yerli futbolçuların səviyyəsi indikindən üstün idi. Həm də o vaxt çempionatımıza daha səviyyəli legionerlər gəlirdi. Qeyd etdiyim illərdə çempionatda komanda sayı çox idi. Onların 5-6-sı çempionluğa oynayırdı. Hazırda yerli futbolçuların keyfiyyətinin də yüksək olmaması, legionerlərin sayının artırılmaması səbəbindən rəqabət mənfiyə doğru gedir. Yerli futbolçuların səviyyəsi o dərəcədə yüksək deyil, varsa da bu, çox azdır.

- Bildirdiniz ki, bölgələrə gedib seleksiya işlərini daha çox orada aparırsınız. Çempionatda bölgə klublarının olmaması işinizə nə dərcədə təsir edir?

- Çox, lap çox dərəcədə. Əlbəttə ki, çempionatda “Kəpəz”,  “Xəzər Lənkəran”, “Karvan”,  “Simurq”, “Şahdağ” kimi komandalar oynamalıdır. Onlar olsa, çempionatda daha çox rəqabət olar və yerli oyunçular üzə çıxa bilər.

- Bu həftədən Azərbaycan kubokunun oyunları başlayır. Necə düşünürsünüz, “Sabah” bu mövsüm Azərbaycan kubokunu qazana bilər? Kubok oyunlarından gözləntiləriniz nədir?

- Bir qədər çətin sualdır. Amma bacardığı qədər irəli getmək şansı var. “Sabah” “Ağsu”nu keçib, "Qəbələ”yə rəqib ola bilər. Məncə, püşk yaxşıdır. Komanda “Neftçi” və “Qarabağ”a da rəqib ola bilərdi. Bu baxımdan haradasa finala qədər irəliləmək şansları var. Finalda kiminlə görüşəcəklər? Bunu demək bir qədər çətin məsələdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR