Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Ölkədə internet PROBLEMİ - "Provayderlər özəlləşdirilməlidir"

Ölkədə internet PROBLEMİ - "Provayderlər özəlləşdirilməlidir"

Tarix: 2-12-2019, 14:53

Keyfiyyətli internet hər kəs üçün əlçatan olmalıdır. Lakin bu gün ölkəmizdə internetin sürətiylə bağlı tez-tez problemlər yaşanır.
“Probemin səbəbi dövlət provayderlərinin bazara nəzarətiylə bağlıdır”.
Bunu Mediabiz.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, multimedialıq çox olduqca, keyfiyyətli internetə tələbat artır. Təbii ki, bu da problemin mürəkkəbləşməsinə səbəb olur:
“Son dövrlər bizdə də multimedialı informasiyalara tələbat çoxalıb. Azərbaycanda internetin qiyməti, keyfiyyəti və onun əlçatanlığıyla bağlı problemlər var. Bu problemlər də inhisarçılıqla bağlıdır. Bizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində dövlət provayderləri var. Bu provayderlər bazarın 65%-nə nəzarət edirlər. Bu da bazarda problemlərə səbəb olur.
Düşünürəm ki, həmin provayderlərin özəlləşdirilməsinin vaxtı gəlib çatıb. Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Strateji Yol Xəritəsinə uyğun olaraq gələn il bunun kommersiya və tənzimlənmə funksiyalarını ayırmalıdır. Bu sektorda müstəqil tənzimləyici qurum yaradılmalıdır”.
Maharibə şəraitində yaşayan ölkə üçün internetin sürətinin vacibliyi məsələsinə toxunan hərbi-ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında qeyd edib:
“Dünya informasiya üzərində qurulub. İnformasiya texnologiyaları nəinki həyatımızın, dövlət quruluşunun fəaliyyət istiqamətini də təşkil edir. Bu gün dövlət qurumlarıyla bağlı bütün məlumatları informasiya texnologiyalarından istifadə etməklə həyata keçiririk. O cümlədən silahlı qüvvələr. Müharibə vəziyyətində olan ölkədə internetin istifadəsiylə bağlı birmənalı fikir söyləmək mümkün deyil. Burada konkret olaraq həm cəmiyyət, həm də dövlət qurumlarındakı məmurlar iki hissəyə bölünürlər. Qoşunların hərəkəti zamanı çəkilişlərin aparılması, yaxud internet resurslarında hərbi qulluqçular və ərazilərlə bağlı məxfi hesab oluna biləcək məlumatların paylanılması ilə bağlı birmənalı fikir söyləməyənlər var. Lakin burada bir məqam var. Dünyanın müharibə edən ölkələrinin hər biri internet resurslarıyla bağlı məsələləri nəzarətdə saxlayır. Sadəcə olaraq dövlətin aidiyyəti qurumları bu proseslə bağlı nəzarəti güclü saxlamalıdırlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR