Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 6 ay uzatdı

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 6 ay uzatdı

Tarix: 10-09-2020, 20:20

Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə davam edən şəxslərə və qurumlara qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.
 
Mediabiz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sanksiyaların müddəti 2021-ci il martın 15-dək uzadılıb. 
Mövcud sanksiyalar həm səyahət məhdudiyyətlərini, həm də mal varlıqlarının dondurulmasını özündə ehtiva edir. Bu sanksiyalar hazırda 175 şəxsə və 44 quruma tətbiq olunur.
 
Qeyd edək ki, Aİ bu sanksiyaları ilk dəfə 2014-cü ilin martın 17-dən tətbiq etməyə başlayıb.
Ukrayna münaqişəsi ilə əlaqədar Aİ-nin digər cavab tədbirləri arasında Rusiya iqtisadiyyatının spesifik sahələrini hədəf alan və 2021-ci il yanvarın 31-dək qüvvədə olan iqtisadi sanksiyalar, Krım və Sevastopolun qanunsuz ilhaqı ilə əlaqədar isə 2021-ci ilin iyunun 23-dək qüvvədən olan məhdudlaşdırıcı tədbirlər var.
Sanksiya tətbiq olunan şəxslərin və qurumların siyahısı daim nəzərdən keçirilir və Aİ Şurası tərəfindən vaxtaşırı yenilənir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR