Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Dərslərin distant keçirilməsi müəllimlərin maaşını azaldacaq? - Nazirlikdən cavab

Dərslərin distant keçirilməsi müəllimlərin maaşını azaldacaq? - Nazirlikdən cavab

Tarix: 11-09-2020, 11:32

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bəzi dərs məşğələlərinin distant (məsafədən) formada keçirilməsinin müəllimlərin əməkhaqlarının məbləğinə təsir edib-etməyəcəyini açıqlayıb.
 
Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq:
 
"Ümumiyyətlə, şagirdlərin keçməyəcəyi dərslər olmayacaq. Məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslər keçiriləcək. Bunlar 3 yolla olacaq - dərslər ya ənənəvi, ya distant formada, ya da teledərslər vasitəsilə keçiriləcək. Məsələn, idman dərsi ənənəvi qaydada olmasa belə, distant formada keçiriləcək. Bütün bunlar sonda müəllimlərin maaşlarının ümumi məbləğinə təsir göstərməyəcək. Ona görə də hesab edirik ki, müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR