Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Builki buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq - RƏSMİ

Builki buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq - RƏSMİ

Tarix: 11-09-2020, 13:36

Yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq.
 
Mediabiz.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 10-da keçirilən bu imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə də sentyabrın 10-da buraxılış imtahanı verənlər builki qəbul kampaniyasında deyil, gələnilki qəbul perosesində iştirak edə biləcəklər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR