Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Sahibə Qafarova Türkiyənin parlament sədri ilə görüşdü - FOTOLAR (YENİLƏNİB-1)

Sahibə Qafarova Türkiyənin parlament sədri ilə görüşdü - FOTOLAR (YENİLƏNİB-1)

Tarix: 11-09-2020, 16:36


Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşü olub.

Bu barədə Unikal.org-a Milli Məclisdən məlumat verilib.

Görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.

****

14:46

Azərbaycan parlament nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət edib.

Bu barədə Unikal.org-a Milli Məclisdən məlumat verilib.

Milli Məclisin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri” önünə əklil qoyulub. Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.

****

14:19

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.

Bu barədə Unikal.org-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ümummilli Liderin burada ucaldılan heykəli önünə əklil qoyulub.

Sahibə Qafarova Türkiyənin parlament sədri ilə görüşdü - FOTOLAR (YENİLƏNİB-1)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR