Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

"Facebook" istifadəçilərinin fəallığı artıb

"Facebook" istifadəçilərinin fəallığı artıb

Tarix: 2-12-2019, 16:05

Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 9,3 faiz artıb.

"Global Stats" statistika mərkəzindən verilən məlumata görə, dekabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 52,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,1 faiz bəndi çoxdur.
Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Twitter" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ərzində 4 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin dekabrın 1-nə 11,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 4,6 faiz bəndi çoxdur.
Bu ilin noyabr ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 3,8 faiz bəndi azalıb. Dekabrın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 10,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 10,1%, "YouTube" – 6,4%, "Google+" – 5,6%, "VKontakte" – 1,35% və s.(apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR