Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ

Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 12-09-2020, 13:34

Prokurorluq orqanlarında işə qəbul üzrə müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu davam etdirilir.
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək.
 
-Azərbaycan Respublikasının Konstitusiyası;
-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR