Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Nazirlər Kabineti bu qərara dəyişikliyi izah etdi

Nazirlər Kabineti bu qərara dəyişikliyi izah etdi

Tarix: 12-09-2020, 15:04


Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərara edilən dəyişikliyin izahını verib.

Nazirlər Kabinetindən  bildirilib ki, dəyişiklik Azərbaycan Prezidenti Administrasiyasının, Azərbaycan Prezidentinin İşlər İdarəsinin, Xüsusi Tibb Xidmətinin, Nazirlər Kabinetinin və Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsi ilə bağlı tətbiq edilən yeni mexanizm ilə əlaqədardır.

İndiyə qədər yuxarıda sadalanan qurumların əməkdaşlarının sosial müdafiəsi üçün gömrük işi sahəsində aşkar edilən cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilən malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin müəyyən faizi həmin qurumlara verilirdi.

Azərbaycan Prezidentinin müvafiq Fərmanından sonra artıq bu mexanizmin fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin bu Qərarı Prezidentin Fərmanından irəli gələn tapşırığa uyğun olaraq müvafiq “Qayda”ya dəyişikliyi təsdiq edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR