Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Tarix: 14-09-2020, 11:40

Bu ilin səkkiz ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, 2020-ci ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2156,2 mln. kVt/st, ixracı 97,86 mln. kVt/st, idxalı 7,3 mln. kVt/st olub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln. kVt/st, ixrac 67,74 mln. kVt/st, idxal isə 3,5 mln. kVt/st azalıb.
Cari  ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln.kVt/st azalaraq 17502,7 mln. kVt/st olub.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln. kVt/st artaraq 16415,5 mln. kVt/st, SES-lərdə 357,8 mln. kVt/st azalaraq 846,6 mln. kVt/st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln. kVt/st azalaraq 240,6 mln. kVt/st olub. Külək  Elektrik Stansiyalarında70,5 mln. kVt/st, Günəş Elektrik Stansiyalarında  33,1 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137,0  mln. kVt/st eleAktrik enerjisi istehsal edilib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15649,8 mln. kV/ts (İES-lərdə 14952,1 mln. kVt/st, SES-lərdə 697,7 mln. kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln. kV/st (İES-lərdə 124,6 mln. kVt/st, SES-lərdə 133,2 mln. kVt/st, Günəş ES-də 28,7 mln. kVt/st), Müstəqil Elektrik Stansiyaları üzrə 1566,4 mln. kVt/st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln. kVt/st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln. kVt/st, idxalı isə 94,7 mln. kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt/st azalıb




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR