Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

“ASAN xidmət”in Aparat rəhbəri işdən çıxarıldı

“ASAN xidmət”in Aparat rəhbəri işdən çıxarıldı

Tarix: 15-09-2020, 11:17

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli vəzifəsindən azad olunub.
 
Modern.az xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əmr imzalayıb.
 
Qeyd edək ki, A.Cəfərli Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
Bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb. Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə olunub.
 
Xatırladaq ki, A.Cəfərli 2016-cı ildən Aparat rəhbəri vəzifəsində çalışırdı. 2012-2016-cı illərdə isə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR