Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Zibil konteynerlərindən şikayətlə bağlı BŞİH-dən açıqlama

Zibil konteynerlərindən şikayətlə bağlı BŞİH-dən açıqlama

Tarix: 17-09-2020, 10:56

Ötən gün mətbuatda Yasamal rayonu, 7-ci Sallaqxana küçəsində yaşayan sakinlərin zibil konteynerlərinin çatışmazlığından şikayəti yayılıb. 

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən dərhal əraziyə baxış keçirilib, konteynerlərdəki tullantıların daşınması təmin edilib.
Bildirilib ki, ötən ildən Bakı şəhərinin Nərimanov rayonunda Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası uğurla həyata keçirilir. 
Layihəyə əsasən ilin sonuna kimi paytaxtın daha 3, o cümlədən Yasamal rayonu da bu layihəyə qoşulacaq. Bununla əlaqədar rayonda yeni konteyner meydançaları yaradılır, buradakı konteynerlər isə hissə-hissə qapağı olan yeni iri tutumlu konteynerlərlə əvəz edilirlər.
Hazırda həmin ərazi kommunal xidmətlər tərəfindən nəzarətə götürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR